Blog

Illycaffè B Corp sertifikatını qazandı.

Illycaffè B Corp sertifikatını qazandı.

2021-ci ilin Aprelin 14 – ü İtaliyanın Triest şəhərində illycaffè sosial və ekoloji fəaliyyəti, şəffaflıq və məsuliyyəti baxımından ən yüksək standartlara cavab verən şirkətlərə verilən B Corp sertifikatını alan ilk İtalyan qəhvə şirkəti oldu. B-Corp sertifikatını qazanan şirkətlər ilk növbədə işçilərinə, ətraf mühitə və cəmiyyətə faydalı olmaq üçün fəaliyyət göstərirlər.

B Corp termini (Certified B Corporation) yerli icma və ətraf mühitə müsbət təsirlərini yaxşılaşdırmaq üçün yaradılan, uzunmüddətli sosial-iqtisadi və ekoloji inkişaf standartlarını qorumağa çalışan xeyriyyə qurumlarının birliyidir. B Corp ümumi protokollarına sadiq qalaraq, yaratdıqları dəyərlər və davamlı təkmilləşmə öhdəliklərinə görə liderdir. Uzun və ciddi yoxlama prosesindən sonra, dünya səviyyəsində fəaliyyət göstərən Amerikalı qeyri-kommersiya təşkilatı olan B Lab tərəfindən sertifikasiya keçərək, İllycaffee həmin şirkətlər birliyinin sırasına qoşuldu.

Etika və davamlılıq Illycaffè şirkətinin ən əhəmiyyətli hissələrindən biridir : 1933-cü ildə qurulduğu

gündən insanların həyat keyfiyyətini yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdur. 2019-cu ildə Illy, Benefit Company statusunu almaqla öndə gedən şirkət kimi öhdəliyini gücləndirdi. Bunu etməklə, illycaffè rəsmi şəkildə yüksək gələcəyə inteqrasiya edərək, ictimai və mədəni əlaqələrinin böyüməyinə uğurlu addım atdı.

Daimi ekoloji keyfiyyəti qorumaq həmişə illycaffè-də əsas iş prinsipi olmuşdur. Bu prinsip tədarükçülərlə birbaşa münasibətlərdə şirkətin 4 mərhələdən ibarət təchizat zəncirinə tətbiq olunur : ən yaxşı Arabica yetişdiricilərini seçmək və onlarla birbaşa işləmək; bilik və təcrübənin yetişdiricilərə ötürülməsi, onların illycaffè’nin Qəhvə Universitetində (UDC) təhsil alması; yüksək keyfiyyətli məhsul əldə etmək üçün və ətraf mühitə ekoloji şəffaflıq bəxş etmək məqsədi ilə mütəxəssis aqronomlarla qəhvə sahələrində birbaşa praktik iş keçirmək. Bunlardan əlavə Circolo illy kimi tanınan illycaffè tərəfindən yaradılan digital-platforma sayəsində hər mənada görüşə bilən bir toplum. Bunlar və bir çox sayda digər təşəbbüslər, illycaffè-nin B Corp sertifikatını əldə etməyə kömək etdi.