Blog

MONIN Cup Azerbaijan 2022-nin qalibi müəyyənləşdirildi. Bu ilin ən yaxşı barmeni Fransaya göndəriləcək.

Bakının öndə gedən məkanlarından biri “Highballbeer” Sports Barda peşəkar barmenlər arasında "Reload Your Creativity" "Yaradıcılığınızı Yenidən Yükləyin" şüarı altında MONIN Cup 2022 Azerbaijan müsabiqənin milli finalı keçirilib.

Müsabiqə üç mərhələli idi. İlkin mərhələdə öz müəllif kokteylləri ilə onlayn şəkildə müraciət edən barmenlər arasından 12 ən yaxşısı seçildi.

Seçilmiş barmenlər milli finalda hazırladıqları müəllif kokteylləri ilə iştirak etdilər. Qiymətləndirmə nüfuzlu yerli və beynəlxalq münsiflər heyəti tərəfindən dad, iş texnikası və dekorasiya keyfiyyətinə (qarniş) görə aparılırdı.

Son mərhələdə ən çox xal toplayan barmenlər təşkilatçıların gizli qutuda təqdim etdiyi inqrediyentlərdən ekspromt alkohollu müəllif kokteylləri hazırladılar.

Bu il münsiflər heyətinin tərkibində Bakıdakı dünyaca məşhur "Ritz Carlton Hotel" hotelinin F&B direktoru, MONIN Cup Azerbaijan 2013 müsabiqəsinin qalibi - Orxan Cəfərov, "Brown Forman" (Jack Daniel's and Finlandia Vodka) portfoliosunun Azərbaycandakı rəsmi brend meneceri Elmir Hüseynov yer almışdı.

Bundan başqa, MONIN Cup Azerbaijan 2018-in qalibi və Fransada keçirilən MONIN Cup 2018 Beynəlxalq Müsabiqəsində 6-cı yeri tutan Emin Qafarov və ənənəvi olaraq münsiflər heyətinin xarici nümayəndəsi isə MONIN brendinin Rusiyada Rostov-na-Donuda regional brend-ambassadoru -- Matvey Katranin var idi.