Blog

Bakıda "Monin Cup 2018 Azerbaijan"nın qalibi müəyyənləşdi.

Trend life xəbər verir ki,

Xəzər dənizinin sahilində Bakının Amburan Beach Club-da Art-kofe MMC-nin eksklüziv təşkilatçılığı, Azərbaycan Barmenlər Assosiasiyasının (ABA) dəstəyi ilə “Monin Cup 2018 Azerbaijan” barmenlərinin peşəkar müsabiqəsinin milli finalı keçirilib.

Müsabiqə üç mərhələli idi. İlkin mərhələdə alkoloholsuz müəllif kokteylləri ilə onlayn şəkildə müraciət edən barmenlər arasından 15 ən yaxşısı seçildi. Seçimləri qazanan barmenlər hazırladıqları müəllif kokteylləri ilə milli finalda iştirak etdilər.

Qiymətləndirmə dad, iş texnikası və dekorasiya (qarniş) keyfiyyətinə görə nüfuzlu beynəlxalq münsiflər heyəti tərəfindən aparılırdı. Ən çox xal toplayan barmenlər–6 son mərhələdə təşkilatçıların qara qutuda təqdim etdiyi inqrediyentlərdən ekspromt alkohollu müəllif kokteyllər hazırladılar.

Münsiflər heyətinin üzvləri: Azərbaycan Barmenlər Assosiasiyasının prezidenti Murad Məmmədov, Monin şirkətinin "İçkilərin inkişafı" üzrə meneceri Nikita Sergeyev, Probar şirkətinin və Monin brendinin Ukrayna brend-ambassadoru Daşa Verşinina, "Monin Cup 2016 Azerbaijan"nın qalibi Vaqif Məmmədov, ABA nümayəndəsi Əli İbrahimoğlu idi.

"Monin Cup 2018 Azerbaijan"nın qalibi Madrid Barı təmsil edən, She kokteylini shake üsulu ilə hazırlayan Emin Qafarov elan edildi. O, bu ilin dekabrında Parisdə keçiriləcək "Monin Cup 2018" dünya finalında ölkəni təmsil edəcək.

Müxtəlif nominasiyalar üzrə qaliblər də qiymətli hədiyyələrlə mükafatlandırıldı. Onlardan biri Orxan Həsənov Amburan Sum nominasiyası üzrə qalib gələrək Amburan Beach Club-a aylıq pulsuz abunə qazandı..
Bu çempionat 2013-cü ildən bəri dördüncü dəfədir Azərbaycanda keçirilir. Monin Cup Azerbaijan Azərbaycanda keçirilən beynəlxalq formatlı ilk peşəkar yarışdır.

Art-kofe MMC 2007-ci ildən Monin məhsullarının Azərbaycanda eksklüziv distribyutorudur. Həmçinin Art-kofe MMC

Coffee illy brendini, peşəkar La Marzocco kofe maşınları və digər avadanlıqları, restoran və kafelər üçün inqrediyentlər təqdim edir.