Blog

Kofeşop üçün dəyirman seçimi qaydaları.

Kofeşop açarkən düzgün avadanlıq seçimi iş adamı qarşısında duran ən əsas məsələlərdən biridir. Sadə kofeşop üçün lazım olan əsas avadanlıqlar: espresso maşını, kofe dəyirmanı, blender, buz maşını və qabyuyan maşınıdır. Bu məqalədə ticarət nöqtəsi üçün optimal kofe dəyirmanı seçmə qaydaları haqqında danışacağıq. Dəyirman seçimi espresso maşını seçimi qədər vacibdir.

Kofe dəyirmanları istehsalında istifadə olunan texnologiyalara və təyinatına görə klassifikasiya olunurlar.

Konik və yastı daşlı dəyirmanlar.
Peşəkar kofe dəyirmanlarında əsasən 2 növ daş istifadə olunur: konik və yastı.
Yastı daşlı dəyirmanların üstünlüyü asan ayarlanmasındadır. Mənfi cəhət kimi motorunun yüksək sürətlə fırlanması nəticəsində daşların tez qızmasını göstərmək olar. Bundan əlavə, yastı daşların işlənmə resursu cəmi 500 kilo kofe qədər olur. Onu da qeyd etmək lazımdır ki, yeni texnologiyalar 2000 kilo kofeyə tab gətirə biləcək yastı daşlar istehsal etmək imkanı yaradır.

Konik daşlı dəyirmanların üstünlüyü bir dövriyədə daha çox kofe üyütməsidir. Beləliklə, konik daşlı dəyirmanlar aşağı sürətlə işləyərək daha çox kofe üyütmə imkanına malikdir. Konik daşlı dəyirmanların mənfi cəhəti isə onların üyütmə kamerasında üyüdülmüş kofenin çox qalmasıdır (buna ingilisçə “retention” deyilir) və beləliklə dəyirmanın ayarlanması çətinləşir.


Espresso və şop dəyirmanları. Kofeşoplarda əsasən 2 növ dəyirman istifadə olunur: espresso dəyirmanı və alternativ kofe (filter kofe, V60 tipli qəhvədan və s.) dəmləmək üçün dəyirman. Müasir espresso dəyirmanları birbaşa üyüdülmə sistemi (on-demand) ilə təchiz olunur. Yəni dəyirmanda üyüdüləcək kofe miqdarının proqramlama imkanı var. Bunun üçün ya taymerdən, ya da dəyirmana quraşdırılmış tərəzidən istifadə olunur.

Şop dəyirmanları əksərən yastı daşlarla təchiz olunur və çox nadir hallarda miqdar proqramlama texnologiyasına malik olurlar. Bu növ dəyirmanlarda ev üçün kofe alan müştərilər üçün də kofe üyüdülə bilər. Bu səbəbdən bəzən şop dəyirmanlarının lüləyinə kofe paketini saxlaması sıxacaq quraşdırılır.

İş adamı kofeşopun biznes planını hesablayarkən pik kofe istehlakını proqnozlaşdırmalıdır. Pik kofe istehlakından asılı olaraq espresso dəyirmanı seçilməlidir. 16 illik təcrübəmizə əsaslanaraq aşağıdakı cədvələ uyğun dəyirman seçimini məsləhət görürük.

İstehlak miqdarı (kq/günə)

Dəyirman növü

Daşın diametri

<1 kq

Yastı daşlı

<64 mm

1-2 kq

Yastı daşlı

64 mm – 75 mm

2-5 kq

Yastı daşlı

75 mm – 83 mm

5 kq<

Yastı ya Konik daşlı

83 mm


Kofe dəyirmanlarının daşlarının vaxtlı vaxtında dəyişdirilməsi vacibdir.
Çünki dəyirmanın daşları yeyiləndə eyni miqdar kofeni üyütmək üçün daha çox dövr etməyə məcbur olduğundan kofeni yandırır.