Blog

MONIN CUP Azerbaijan 2026

2026-05-22 15:06
MONIN CUP Azerbaijan 2026 uğurla baş tutdu

May ayının 11-i Baku Marriott Hotel Boulevard-da Azərbaycanın ən nüfuzlu bartender yarışmalarından biri olan MONIN CUP Azerbaijan 2026 uğurla keçirildi. Tədbir ölkənin peşəkar və yaradıcı bartenderlərini bir araya gətirərək miksologiya, innovasiya və hospitality sahəsinin inkişafını bir daha nümayiş etdirdi.

Yarış iştirakçıları dünya üzrə premium siroplar və içki püreləri brendi olan MONIN məhsullarından istifadə edərək öz unikal kokteyl konseptlərini təqdim etdilər. Təqdim olunan kokteyllərdə müasir texnikalar, yerli motivlər və kreativ yanaşmalar xüsusi diqqət çəkdi.

Tədbirdə hospitality sektorunun nümayəndələri, sənaye peşəkarları, brend tərəfdaşları və xüsusi qonaqlar iştirak etdilər. Yarışma Azərbaycanın bar mədəniyyətinin inkişafına və beynəlxalq standartlara uyğunlaşmasına mühüm töhfə verdi.

Münsiflər heyəti Teleaparıcı və influenser Səma Abıyeva, MONIN CUP Azerbaijan 2013 müsabiqəsinin qalibi və HoReCa üzrə mütəxəssis Orxan Cəfərov, amerikan steyklərinin Azərbaycanda brend ambassadoru və Paris Bistro restoranının executibe chef-i Renat Novruzov, MONIN CUP Azerbaijan 2018-in qalibi və FOMO klubun bar meneceri Emin Qafarov və müxtəlif kateqoriyalarda bartender müsabiqələrinin qalibi və Champusique restoranının bar meneceri Orxan Salahov, iştirakçıları yaradıcılıq, texnika, təqdimat, dad balansı və ümumi konsept əsasında qiymətləndirdi. MONIN CUP Azerbaijan 2026 qalibi Qorxmaz Şabanov, Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək hüququ qazandı və dünyanın müxtəlif ölkələrindən olan bartenderlərlə yarışacaq.

Müsabiqənin baş sponsoru olan - ion shilelding texnologiyası ilə hazırlanmış qurğuşunsuz kristal şüşə məhsullar - Nude glass brendi tədbirdə aktiv iştirak edib, yarışmaçılara müxtəlif hədiyyələr təqdim etdi

Tədbir bir daha göstərdi ki, müasir kokteyl mədəniyyətində innovasiya, davamlılıq və lokal mədəniyyət elementləri böyük əhəmiyyət daşıyır.

MONIN CUP Azerbaijan 2026 regionun hospitality və beverage sənayesi üçün vacib tədbirlərdən biri olaraq peşəkar bartender icmasının inkişafına və yeni əlaqələrin qurulmasına töhfə verməyə davam edir.

Qeyd edək ki, təşkilatı şirkət olan Artcoffee MMC 2007-ci ildən MONIN brendinin Azərbaycanda rəsmi distribyutorudur.

Dünyada 6 zavodu olan MONIN brendi 200-dən çox dad assortimentinə malikdir.