Bu dad dünyadakı mövcud "sağlam həyat" trendinə uyğun olmaqla yanaşı, sizə-vücudunuza sağlamlıq, təravət hissi bəxş edir. Xiyar çox məşhur tərəvəz olmasına və bir çox ölkələrdə geniş yayılmasına baxmayaraq, xiyar şirəsi zərifdir və saxlama müddəti qısadır. Monin xiyar siropu təzə xiyarın əsl dadına malik olub, iş prosesində peşəkarların vaxta qənaət etməyinə kömək edəcək. Bu cəlbedici dad miksoloqlar arasında artan tərəvəz tendensiyasına tam uyğundur. Rəng: açıq yaşıl Dequstasiya qeydləri: Ətri: təzə dilimlənmiş xiyar Dadı: bol şirəli-sulu xiyar dadı Ağızda qalan dad: qalıcı tərəvəz notları İçki İnnovasiyaları müdirindən məsləhətlər: Ultra dəbli Monin xiyar siropu sizə kreativ imza içkilər yaratmağa imkan verəcək. Mən xüsusən də onun qeyri-adi tərəvəz dadını bəyənirəm. Dadını daha da vurğulamaq üçün martini və ya marqarita bakalının kənarına duz səpməyi məsləhət görürəm. Bakalın içini nazik dilimlənmiş təzə xiyar ilə də bəzəyə bilərsiniz ki, bu da hazırladığınız içkini başqa bir səviyyəyə qaldıracaq və onun vizual təsirini artıracaqdır. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.