Sirop "Tiramisu"

Monin
24,00
Tiramisu - dünyaca məşhur desertin adı italyancadan tərcüməsi "məni qaldır" və ya "məni göyə qaldır" mənasını verir.
Bu ləzzətli qaymaqlı desert İtalyan təvazökarlığının və nou-haunun simvolu sayılır.
Bu desertin mənşəyi tam məlum deyil, lakin tiramis haqqında ilk qeydlər 16-cı əsrdə İtaliyada tapılmışdır. Bu zəngin qaymaqlı desertin biskvit, kofe, kakao, marsala likörü və maskarponedən ibarət olduqca sadə resepti var. Monin tiramisu siropu zərif və iştahaaçıcı ətirlərlər qarışığı ilə birlikdə içkilərinizə əsl tiramisu dadı bəxş edəcək.


Rəngi: dolğun, parlaq kəhrəba rəngi
Dequstasiya qeydləri:
Ətri: şokoladlı biskvit
Dadı: qovrulmuş çərəz təamlı şokolad
Ağızda qalan dad: çərəz notları
İçki İnnovasiyası müdirindən məsləhətlər: Monin növbəti dəfə dadlı sirop hazırladı! Monin tiramisu siropu kofe hazırlamaq üçün mükəmməldir: o, marsalanın ətrini və maskarponenin məxməri dadını mükəmməl şəkildə özündə birləşdirir. Əlbəttə ki, bu sirop hər hansı bir müəllif kokteylinizə xüsusi dad qatacaq. Mənim üçün Monin tiramisu siropunun ən yaxşı kombinasiyalardan biri ikiqat ristretto, köpüklənmiş süd və kakao tozu qarışığıdır. Amma mən onu İrlandiya qaymağı və ya tünd rom, viski və təbii ki, grappa kimi alkohollu içkilərlə də qarışdırmağı xoşlayıram. Sınayın və nəticədən zövq alın!
Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.

Dadı: Qəhvə dadları

Məhsul: Şərbət

Təyinatı: Qəhvə üçün

Həmçinin bax