Vətəni Şimali Amerikadır, lakin indi bütün dünyada becərilir. Qaragilə məxməri yumşaq, dolğun, indiqo rəngli giləmeyvədir. Giləmeyvə torf bataqlıqları kollarında və Fransız Alpları kimi yüksək dağlıq ərazilərdə yetişir. Qaragilənin balanslaşdırılmış büzüşdürücü turş və şirin dadı var. Mədəni növünün dad intensivliyi yabanı növündən bir qədər azdır. O çiy formada sıyıq və yoğurtla yeyilə bilər. Həmçinin jele, cem, piroq, keks və çizkeyklər hazırlamaq üçün də istifadə olunur. Monin qaragilə siropu ətirli meyvə kokteylləri, smuzilər və desert içkilərinə dağların ətirini bəxş edir.
Rəng: tünd qırmızı Ətri: yabanı qaragilə qoxusu Dadı: qaragilənin təbii şirin şirəsi Ağızda qalan dad: turşluq İçki İnnovasiyası müdirindən məsləhətlər: əsrlər boyu qaragilə bütün dünyada populyarlığını qoruyub saxlamaqdadır. Bizim qaragilə siropumuz içkilərinizə, yeməklərinizə təbii və təravətli dad verəcək. Monin qaragilə siropunu Monin tünd şokolad sousu və süd ilə birləşdirərək möhtəşəm "Qara meşə" içkisi əldə edin! Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.