Sirop "Morello Cherry"

Monin
24,00
Əsrlər boyu qırmızı lətli gilas dünyada ən çox istehlak edilən meyvə olaraq qalmışdır. Adını italyanca "turş" sözündən götürən Morello gilası klassik gilasdan daha yumşaq və daha az şirin olub, narıncı lətə malikdir. Sirop və mürəbbə, məşhur "klafuti" kimi piroq və pudinqlərdə geniş şəkildə istifadə edilən Morello gilası, həmçinin gilas pivəsi və ya likörü hazırlamaq üçün də idealdır. Kokteyl, smuzi və kofelərinizi bəzəyəcək Monin gilas siropu ilə zərif gilas dadından bütün ilboyu zövq alın. Rəng: dərin tünd qırmızı Dequstasiya qeydləri: Dadı: gilas şirəsi Ağızda qalan dad: turş gilas dadı. İçki İnnovasiyası müdirindən məsləhətlər: Monin gilas siropundan istifadə bizə içkilərin rəngləri ilə oynamağa imkan verir: unikal və dadlı kokteyllər yaratmaq üçün bu ləzzəti rozmarin, tərxun və nanə kimi otlarla qarışdırmağı sınayın. Siz həmçinin uşaq ikən nənələrin evdə hazırladığı gilas piroqu kimi şirniyyatları hazırlaya bilərsiniz. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.

Həcmi: 700 ml.

Dadı: Giləmeyvə

Məhsul: Şərbət

Təyinatı: Milkşeyk üçün

Həmçinin bax