Sirop "Vanilla Sugar Free"

Monin
24,00
Dünyanın ən yaxşı vanil siropunu hazırlamaq üçün dünyanın ən yaxşı vanil ekstraktından istifadə edilməlidir. 90 ildən artıqdır ki, Monin Madaqaskarın premium-klas vanil ekstraktını istifadə edir. Bu xalis ekstrakt Monin şəkərsiz vanil siropuna misilsiz dad verir ki, bu da reseptlərinizə xususi ləzzət qatacaq. Məşhur Monin şəkərsiz vanil siropu ilə, demək olar ki, istənilən içkinin dadını əsrarəngiz edə biləcəksiniz!
Monin şəkərsiz vanil siropu kalorisiz bir şəkərəvəzedici olan sukralozadan hazırlanır. Sukraloza birbaşa şəkərdən əldə edilir və digər dadlandırıcılardan fərqli olaraq ağızda metal dadı buraxmır. Bu məhsul 1991-ci ildən sınaqdan keçirilmiş və təsdiq edilmişdir. Hər kəs (uşaqlar, hamilə qadınlar, diabet xəstələri) üçün tamamilə təhlükəsiz olduğu sübut edilmişdir. Günah hissi keçirmədən ətirli vanildən zövq alın!
Rəng: kəhrəbaya yaxın rəng
Dequstasiya qeydləri: vanil çubuqlarının ekzotik ətirləri xatırladan intensiv qoxusu.Uzun müddət qalan şirin dad.
İçki İnnovasiyası müdirindən məsləhətlər:
Monin şəkərsiz vanil siropunu ən çox portağal, ananas və banan şirəsi ilə qarışdırmağı və ya buzlu çaya əlavə etməyi xoşlayıram.
Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.


Dadı: Ədviyyat

Məhsul: Şərbət

Təyinatı: Qəhvə üçün

Həmçinin bax