Sirop "Cinnamon"

Monin
24,00
"Bu ətirli ədviyyatlı dad sobadan yeni çıxmış isti darçınlı kökələri xatırladır. Şri-Lankada bitən həmişəyaşıl ağacın qabığından əldə edilən darçın ən qədim ədviyyatlardan biridir. Qədim xalqlar arasında darçın o qədər yüksək qiymətləndirilmişdir ki, hətta monarxlar və böyük hökmdarlara layiq bir hədiyyə hesab edilirdi. Darçının məxsusi zəngin, parlaq və şirin dadı onu bir çox dünya mətbəxlərində geniş istifadə olunan bir inqrediyentə çevirmişdir. Rəng: parlaq kəhrəba Dequstasiya qeydləri: Ətri: darçının efir yağının qoxusu Dadı: darçın tozunun istiot notlu ədviyyatlı dadı İnqrediyentlər: şəkər, su, təbii darçın və başqa aromatizatorlar, limon suyu konsentratı, qida üçün boyaq maddəsi: E150a, E163, konservant E202. 100 ml üçün qida dəyəri: Enerji dəyəri: 322 kkal / 1345 kC; Yağlar: 0 q, onlardan doymuş: 0 q; Karbohidratlar: 80,4 q, ondan şəkər: 80,1 q; Lif: 0 q; Zülal: 0 q; Natrium: 10,7 mq; Duz: 0,03 q. İçki İnnovasiyası müdirindən məsləhətlər: Monin darçın siropu məxsusi dadı sayəsində ondan istifadə imkanlarını genişləndirir. Xüsusilə onu qarışıq smuzilərdə təzə alma ilə qarışdırmağı xoşlayıram. Sınayın! Nəticə sizi heytləndirəcək. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq."

Həcmi: 700 ml.

Dadı: Ədviyyat

Məhsul: Şərbət

Təyinatı: İsti şokolad üçün

Həmçinin bax