Monin qarpız siropu bu mükəmməl yay meyvəsinin ekzotik, təravətli, susuzluğu yatıran dadını özündə əks etdirir. Qarpız --üzüm tağını xatırladan çiçəkli bitki olub, mənşəyi Cənubi Afrikadır. Bu gün Çin dünyanın ən böyük qarpız istehsalçısıdır. Tərkibinin 6% şəkər və 92% su olan qarpız C vitamini ilə zəngin tünd çəhrayı və ya sarı lətli, yuvarlaq və ya uzunsov formalı, sərt yaşıl, sarı və ya ağ qabıqlı ola bilər. Təzəsi, adətən, dilimlənərək yeyilən qarpız, həm də salatlar üçün uyğun inqrediyent sayılır. Bundan başqa qarpızdan sərinləşdirici desertlər: dondurmalar, nabat və dadlı şərbət hazırlamaq üçün istifadə edilə bilər. Monin qarpız siropunun zərif, susuzluğu yatıran dadı sayəsində təravətləndirici kokteyllər, meyvə punşları, limonad və smuzilər hazırlamaq mümkündür.
Rəng: parlaq qırmızı Dequstasiya qeydləri: ekzotik təzə və şirəli qarpız dadı İçki İnnovasiyası müdirindən məsləhətlər: Monin qarpız siropunun heyrətamiz dadı var! Yay içkiləri üçün idealdır (yüngül, xırtıldayan və təravətləndirici). Onu çiyələk və mərcanı şirəsi ilə qarışdırın və siz təravətləndirici və dadlı bir içki əldə edəcəksiniz. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.