Daşınılması çətin olan kövrək, yumşaq qırmızı moruğun zərif dadı həmişə Monin moruq siropunda əldə edə bilərsiniz. Uşaqlığımızdan bəri dadı bizə tanış olan moruq, adətən, parlaq çəhrayı-qırmızı rəngdədir. Fransız əfsanəsinə görə, moruqlar əvvəllər ağ olub, lakin bir gün körpə Zevsin qayğısına qalan nimfa İda Zevs ağlamasın deyə ona moruq göstərirdi. Bu anda o barmağını yaralıdı və onun qanı meyvəni qırmızı rəngə boyadı. Yay ləzzəti sayılan moruq, adətən, yayın ortasında bol olur və ondan çizkeyk, dondurma, şərbət, trayfl kimi iştahaaçan desertlərin hazırlanmasında istifadə olunur. Monin moruq siropunun şirin moruq dadı ilə unudulmaz yay deserti kokteylləri, smuzilər, təravətləndirici çaylar və buzlu süd kokteylləri yaradın!
Rəng: moruq şirəsinin təbii rəngi Dequstasiya qeydləri: Ətri: yetişmiş moruq qoxusu Dadı: azca turş, moruqlu konfet dadı. İçki İnnovasiyası müdirindən məsləhətlər: şirin, ətirli və zərif dadı, ağızda əriyən teksturası ilə Monin moruq siropu inanılmaz ləzzətə malikdir. Onu Monin böyürtkən siropu ilə qarışdırın və onda siz sanki təbiətin toxunuşunu hiss edəcəksiniz. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.