Sirop"Blackcurrant"

Monin
24,00
Bir çox tanınmış likör və alkohollu içkilərin əsasını təşkil edən qara qarağat şampan əsaslı məşhur fransız Kir Royal kokteylində, eləcə də ağ şərabdan hazırlanan ənənəvi Kirdə istifadə olunur. Dijon şəhərinin meri Feliks Kir (1945-1967) bu içkini öz dəvətlərində təqdim edərək məşhurlaşdırdı.
Qara qarağat mürəbbə, jele, çizkeyk, şirin yoğurt, dondurma və şərbətlər, həmçinin ət və souslarla möhtəşəm ahəng təşkil edən güclü turş dada malikdir. Alma, çiyələk və moruq kimi meyvələrlə birlikdə qara qarağat yay pudinqləri və piroqlarda istifadə olunur.
Monin qara qarağat siropunu şampana əlavə edərək möhtəşəm Kir Royal, sidr və ya pivə ilə qarışdıraraq "Sidr və qara", "Lager və qara" içkilərini əldə edə bilərsiniz.
Təravətləndirici meyvə kokteylləri hazırlamaq üçün isə digər meyvə siropları ilə qarışdırın.

Rəng: tünd qırmızı
Ətri: qara qarağat qönçəsinin qoxusu
Dadı: qara qarağatın yüngül turşluqlu zəngin, şirin dadı
İçki İnnovasiyası müdirindən məsləhətlər: Əsl qarağat dadlı Monin qara qarağat siropu ilə martini, mokko və s. kimi heyrətamiz içkilər hazırlamaq mümkündür. Xüsusilə onu zoğal şirəsi ilə ətirli çayda qarışdırmağı tövsiyə edirəm.
Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.

Dadı: Giləmeyvə

Məhsul: Şərbət

Təyinatı: Smuzi üçün

Həmçinin bax