Vətəni Şərqi Asiya olan yuzu özündə qreypfrut, limon və mandarinin ovsunlayıcı aromalarını birləşdirir. Koreya və Yaponiyada geniş yayılmış, hazırda Qərbin aparıcı aşpazları tərəfindən qəbul edilmiş və təsdiqlənmiş yuzu, mütləq menyuda olması gərəkən yeni premium sitrus meyvədir. Kəskin və turş dadlı, sitrus ətirli Monin yuzu püresi təravətləndirici kokteyllərə unudulmaz, unikal dad, soyuq havalarda isə isti içkilərə sakitləşdirici toxunuş əlavə edəcək!
Rəng: narıncı vurğularla qızılı sarı rəng
Dequstasiya qeydləri: Ətri: çiçək notları ilə sitrus Dadı: sitruslu marmelad Ağızda qalan dad: yuzu sedrası
İçki İnnovasiyası müdirindən məsləhətlər: Zərif çiçək notları ilə bu möhtəşəm sitrus meyvəsi limon və laym üçün əla əvəzedicidir! O, təkcə klassik kokteyllərə ləzzət qatmayacaq, həm də qazlı içkilər, smuzilər və şərbətlərlə də gözəl ahəng təşkil edir. Mənim seçimim turşa-şirin dadlı Monin yuzu püresini klassik Marqarita ilə birləşdirmək. Kokteyllərin yeni erasına xoş gəlmisiniz!