Sirop "Hazelnut Sugar Free"

Monin
24,00
Qədim dövrlərdən bəri fındıqdan istifadə edilməsinə baxmayaraq, fındığın zəngin ətri və dadı bu günlərdə son dərəcə populyarlaşdı. Bu da qismən Speşlti kofeşopların sayəsində oldu. Fındıq ənənəvi olaraq iki üsulla yığıla bilər: ya fındığın yetişib özbaşına düşməsini gözləmək, ya da ağacı silkələmək. Bununla belə, Monin şəkərsiz fındıq siropu ilə təzə fındıq dadını əldə etmək və içkilərinizin ləzzətini zənginləşdirmək üçün şüşəni silkələməyə ehtiyac qalmayacaq! Monin şəkərsiz fındıq siropu kalorisiz sukraloza dadlandırıcısından hazırlanır. Sukraloza bilavasitə şəkər tozundan əldə edilir və digər dadlandırıcılarla müqayisədə metal dadı vermir. Bu inqrediyent 1991-ci ildən sınaqdan keçirilmiş və təsdiq edilmişdir. Uşaqlar, hamilə qadınlar və diabet xəstələri üçün tamamilə təhlükəsiz olduğu sübuta yetirilmişdir. Günah hissi keçirmədən Monin şəkərsiz fındıq siropunun şirinliyindən zövq alın! Rəng: ​​qızılı Dequstasiya qeydləri: Zərif badam və vanil notlu təzə fındıq dadı. Uzun müddət ağızda qalan şirinlik hissi. İçki İnnovasiyası müdirindən məsləhətlər: Monin şəkərsiz fındıq siropu soya südü və ya yağsız süd ilə qarışdıraraq möhtəşəm şəkərsiz südlü kokteyllər əldə etmək olar. Sadə istifadə qaydasına heyran qalacaqsınız. Sınayın! Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.

Həcmi: 700 ml.

Dadı: Şəkərsiz

Məhsul: Şərbət

Təyinatı: Qəhvə üçün

Həmçinin bax