Monin fındıq siropu vanil və karamel ilə birlikdə ilk üç məşhur kofe dadlarından biridir. Bu sirop badam və vanil notlu təzə və ətirli fındıq dadına malikdir. Məlumdur ki, fındıq şokoladı yaxşı tamamlayır. Qənnadı məmulatlarında geniş istifadəsi ilə yanaşı, o Nutella şokolad yağının da əsas tərkib hissəsidir. Monin fındıq siropu həmçinin bezelərdə və Vyana tortlarında pasta kimi istifadə edilən məşhur pudinqin aromatizatorudur. Monin fındıq siropu kofenizə, şokoladlı və südlü içkilərinizə əlavə bir möhtəşəm ləzzət qatacaq. Rəngi qızılı Dequstasiya qeydləri: Ətri: təzə fındıq qoxusu Dadı: təzə, təravətli fındıq dadı Ağızda qalan dad: zərif badam və vanil İçki İnnovasiyası müdirindən məsləhətlər: Monin fındıq siropunun dadı süd məhsulları ilə birlikdə özünü tam biruzə verir. Mən espressoya Monin fındıq siropunu əlavə etməyi və üzərinə də bir az çırpılmış krem əlavə etməyi xoşlayıram. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.