Məşhur mojito kokteyli inqilabdan əvvəl Havananın qızmar barlarında yaranıb. Təcrübəli barmenlər unudulmaz Kuba gecə həyatına ətir qata biləcək təravətləndirici kokteyl hazırlamaq üçün yerli yerba buena nanəsi, şəkər qamışı, laym və rom qarışığından istifadə etdilər. Bununla belə, zəhmət tələb edən mojito içkisi üçün siropun hazırlanması, laym və nanə yarpaqlarının dəqiq qarışdırılması, və çətin tapılan inqrediyentlərin olması beynəlxalq barlarda onun məşhurlaşmağına mane oldu. Monin mojito ilə mojito hazırlamaq asanlaşdı. Sadəcə rom, soda və bir qədər laymı qarışdırın! Hazırda mojito Amerika bar və restoranları müştərilərinin sevimlisidir. Üstəlik, təravətləndirici nanə və laymın dadlı Monin mojito siropu bardan kənarda da istifadə edərək saysız-hesabsız sərinləşdirici içkilər hazırlamaq olar. Rəng: şəffaf Dequstasiya qeydləri: nanə ətri, mükəmməl balanslaşdırılmış şəkər qamışı və nanə dadı. İçki İnnovasiyası müdirindən məsləhətlər: mən Monin mojito siropunu mojitodan əlavə bir çox başqa reseptlərdə də istifadə edirəm. Mən onu südlü ice kofede Monin vanil siropu ilə qarışdırmağı sevirəm. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.