Sirop "Orange"

Monin
24,00
Antik dövrdən bəri Çində məlum olan portağal Avropada 16-cı əsrdə dənizçilərin bura səyahətlərindən sonra peyda oldu. Bütün dünyanın sevimli qış meyvəsi olan portağal öz forması, ətirli və şirəli ləti, təbii şirin və bir qədər turş dadına görə sevilir. Bu meyvə açıq və tünd narıncı rəngdə olmaqla kulinariyada geniş istifadə olunan inqrediyentlərdəndir. Onun şirəsi, sedrası və ləti təravət və turşluq arasında tarazlığı təmin edir. Portağal darçın və ulduzvari anis kimi ədviyyatlarla, həmçinin şokolad və ekzotik meyvələrlə çox yaxşı uyğunluq təşkil edir. Monin portağal siropunun saçdığı təzə portağal sedrası ətri sizə müxtəlif alkohollu və alkoholsuz içkilər hazırlamağa imkan verəcək. Bu siropu Ice tea və ya klassik romla qarışdırmağı sınayın. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.

Həcmi: 700 ml.

Dadı: Sitrus

Məhsul: Şərbət

Təyinatı: Kokteyllər üçün

Həmçinin bax