Püre "Pear"

Monin
33,00
Şirəli, zərif və yumşaq ləti sayəsində Williams hazırda dünyada ən çox becərilən armud çeşididir. Unikal növ yetişmiş armuddan əldə edilən Monin armud püresi bu qədim meyvənin dad keyfiyyətlərini saxlayaraq hazırlanmışdır. Qüvvətli, xüsusilə də ətirli dadı və bir qədər dənəvər teksturası olan bu püre desertlər, kokteyllər, fraplar və smuzilər üçün idealdır.

Məhsulun özəllikləri:
50% Wiliams armud püresi
İstifadədə asan dizayn və gigiyenik bağlanma
Boyasız təbii aromatizatorlar
Vegan və glutensiz
15 ml pompalar mövcuddur.
Saxlama: sabit temperatur
Yararlılıq müddəti: 24 ay və açıldıqdan sonra 1 ay.
Çoxməqsədli istifadə: kokteyllər, smuzi, şirələr, frappe.
İçki İnnovasiyası müdirindən məsləhətlər: Fransız desertləri və qənnadı məmulatlarının hazırlanmasında armud əvəzolunmaz meyvə hesab olunur. Monin armud püresi müxtəlif yeməkləri, desertləri fərdiləşdirmək üçün mükəmməl dadlandırıcıdır: o öz teksturası və dadı ilə müştərilərinizi heyran edəcək!

Bu püre klassik içkilər üçün idealdır; çiyələk və ya moruq kimi meyvələr, həmçinin reyhan, nanə və tərxun kimi ətirli göyərtilərlə gözəl uyum təşkil edir.
Monin armud püresinin alkohollu içkilərlə, məsələn, Fizz kokteylləri, cin-toniklərlə və ya sadəcə limonadlar və smuzilərlə heyrətamiz uyğunluğu var. Bu məhsul bütün müştərilərinizi məmnun etmək üçün mükəmməl seçimdir.


Dadı: Meyvə

Məhsul: Meyvə Püresi

Təyinatı: Kulinariya üçün

Həmçinin bax