Yetişməmiş yaşıl banan dadına malik Monin yaşıl banan siropu "banan daiquiri" üçün mükəmməl seçimdir. Həmişə yetişməmiş halda yığılan yaşıl bananlar daha sonra mağazalara və bazarlara daşınır, orada tədricən yetişir və saralırlar. Banan yetişdikcə, onun sərt və nişastalı dadı şirin, zəngin, yumşaq yetişmiş banan dadına çevrilir. Parlaq, xalis yaşıl rəng və yetişməmiş yaşıl banan dadlı Monin yaşıl banan siropunu smuzi, meyvə punşları, milkşeyklər və pivəyə rəng qatacaq. Rəngi: təmiz açıq yaşıl Dequstasiya qeydləri: yetişməmiş bananın ətri, zəngin banan dadı İçki İnnovasiyaları müdirindən məsləhətlər: Monin yaşıl banan siropu güclü və kəmşirin yetişməmiş banan dadına malikdir. Dadı qatı və nişastalıdır, sarı banan kimi yumşaq və şirin deyil. Mokteyl və kokteyllərin dadını və rəngini asanlıqla yaxşılaşdırır. Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.