Dünyada tanınan Madaqaskar vanili özəl ətri və ənənəvi istehsal üsuluna görə məşhurdur. Vanil çiçəyi becərildikdən bir il sonra yığılır və daha sonra 6 aydan çox bir müddətdə onları vanil çubuqlarına çevirirlər. Tez-tez qənnadı məmulatlarında, eləcə də içki və kofelərdə istifadə edilən vanil şokolad və bir çox meyvələrlə mükəmməl uyğunluq təşkil edir. Monin vanil siropu və onun ehtiva etdiyi təzə vanil çubuğu ətri sizə inanılmaz dadlar yaratmağa imkan verəcək. Hazırladığınız isti şokoladlar, kofe, buzlu latte, həmçinin saueri-kokteyl və daiquiriləriniz Monin vanil siropu ilə daha ləzzətli olacaq.
Saxlama şəraiti: açılmamış halda 18-36 ay, açıldıqdan sonra 3 ay təmiz, quru və sərin yerdə saxlamaq.