La Marzocco KB90 AV 2 GR

La Marzocco
34500,00
2019-cu ilin əvvəlində La Marzocco kommersiya zəncirinə yeni bir əlavə edərək ən son model - KB90 kofe maşını təqdim etdi.
Şirkətin 90 illik yubileyi şərəfinə buraxılan və onun keçmiş baş direktoru və hazırkı sədri Kent Bakkenin adını daşıyan bu kofe maşını qrup başlığının 2 əsas yeniliyi ilə öyünür. Bu 2 təkmilləşdirmələrə "Straight-In" adlı erqonomik faydalı dizayn və innovativ "Steam Flush" adlı özü yuyan və özü təmizləyən sistem daxildir.
Steam Flush sistemi baristanın hər hansı əlavə düymələrə basmasını tələb etmədən avtomatik olaraq dəm yolundan buxar axını və ardınca isti su axınını göndərir. Şirkət bunun vaxta qənaət etdiyini, maşının gigiyenasını yaxşılaşdırdığını və espressonu daha dadlı etdiyini bildirib.
La Marzocco həmçinin sistemin mexanikasını və erqonomikasını təkmilləşdirmək məqsədilə portafiltrlərini yenidən dizayn edib. Bu şirkətin və yanaşı digər istehsalçılarının köhnə, ənənəvi portafiltrləri yeni KB90-dakı "Straight-In" sisteminə uyğun gəlmir.
Bu yeniliklərə baxmayaraq yeni kofe maşını digər "linea PB" seriyasının əsas xüsusiyyətlərini özündə daşıyır: o da eyni etibarlı və asanlıqla dəyişdirilə bilən daxili komponentlər, bənzər üçdüyməli idarəetmə elementləri, avtomatik su miqdarının hesablanma sistemi və drenaj poddonuna inteqrə edilmiş təkmilləşdirilmiş Brew Ratio opsiyası ilə təchiz olunmuşdur. (*bu seçim xüsusi sifarişlə əldə edilə bilər).

"KB90" həm də keçən il "Modbar AV"nin buraxılışı ilə təqdim edilən "Drip Prediction" texnologiyası ilə təchiz olunmuş ikinci "La Marzocco" kofe maşınıdır.
Eksteryerin estetikasına gəlincə isə, şirkət bildirib ki, yeni kofe maşınının “retro” görünüşü 70-ci illərin avtomobillərindən, həmçinin “La Marzocco – Lion” loqosunun qalxan formasından ilhamlanaraq hazırlanıb. Yeni model ikili və ya üçlü qruplu, hündür və ya qısa ayaqcıqlı variantlarda mövcud olub paslanmayan poladla örtülmüş standart qırmızı korpusda təqdim olunur.

XÜSUSİYYƏTLƏRİ:

  • bir filing qrupu;
  • avtomatik dozalama;
  • su təchizatı və drenaj sisteminə qoşulma;
  • rəqəmsal displey;
  • düyməli panel;
  • maşının parametrlərinin ayarlanması - proqramlaşdırma;
  • hər qrup üçün ayrıca boyler;
  • və buxar hasilatı üçün boyler;

  • buxarın və boylerdəki suyun temperaturuna elektron nəzarət;
  • içəcəyin dozasını proqramlaşdırma imkanı; Straight-In-Portafilter sistemi baristanın işini asanlaşdırır;
  • qənaət rejimi - avadanlığın gözləmə rejiminə keçirilməsi proqramı;
  • hər dəmləmədən sonra sistemin avtomatik buxarla təmizlənməsi və yuyulması (Steam Flush);
  • yaxalamaq üçün isti suyun temperaturunu təyin edən ekonomayzer;
  • sabit temperatur üçün dəmləmə boylerinə daxil olmadan əvvəl suyun qızdırılması;

STANDART KOMPLEKT:

  • korroziyaya davamlı cilalanmış poladdan hazırlanmış altlıqlı, həcmli damcı kollektoru;
  • mexaniki siferblatlı manometr;
  • Pro Touch - qida üçün poladdan hazırlanmış buxar terminalları istifadəsi zamanı qızmır;
  • iş sahəsinin LED işıqlandırılması;
  • korpusun örtüyü - boyalı polad, ön panel isə güzgü cilalı paslanmayan poladdan;
  • korpusun üst paneli fincanlar üçün altılıq ilə təchiz edilmişdir;
  • qaynar su üçün paslanmayan polad kran;

  • bir fincandakı içki miqdarını təyin etmək üçün xüsusi tərəzi - müxtəlif qruplar üçün (Drip Prediction);
  • korpus üçün hündür dayaq;
  • fincan isitmə sistemi.


ƏSAS XÜSUSİYYƏTLƏRİ:

Boylerin həcmi: 2,6 l
Gərginlik: 220V, 380V
Güc: 5,4 kVt
Eni: 810 mm
Dərinlik: 620 mm
Hündürlük: 450 mm
Çəki (qablaşdırmasız): 77 kq
Buxar verən kran: 2
İsti su kranı: 1

Məhsuldarlıq (gündəlik porsiya sayı): 200-dən çox

Qəhvə maşının növü: Porsional

Həmçinin bax